Foto 16:54 15.11.2022

İki jurnalistə Mətbuat Şurasında vəzifə verildi (FOTOLAR)

Azərbaycan Mətbuat Şurasının Media subyektləri ilə əlaqələr, həmçinin Sosial media təmsilçiləri ilə əlaqələr Komissiyalarının sədrləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, birinci komissiyaya Şuranın İdarə heyətinin üzvü Vüqar Rəhimzadənin, ikinci komissiyaya isə üzv Hacıbəy Heydərlinin rəhbərlik etməsi məqbul sayılıb.

İclasda Şuranın digər komissiyalarının tərkiblərinin komplektləşdirilməsi ətrafında da müzakirələr olub. Təklif edilib ki, Etika Komissiyasının tərkibinə nüfuzlu ictimaiyyət nümayəndələri də daxil olunsun. Bu baxımdan tanınmış jurnalist İlhamiyyə Rzanın komissiyada təmsilçiliyi məqbul qiymətləndirilib.

"Xalq qəzeti”nin əməkdaşı, əməkdar jurnalist Tahir Aydınoğlu Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı sədrin müavini olaraq təsdiqləniblər.

Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə işin əlaqələndirilməsi üçün "Təbib” qəzetinin baş redaktoru, Vətən müharibəsi iştirakçısı Məğrur Əliyevin koordinatorluğu irəli sürülüb və məqbul qiymətləndirilib.