Siyasət 14:26 14.12.2022

İlham Əliyev: “Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki işlər 2024-cü ildə tamamlanacaq”

"Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub”.

Bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.

Prezident əlavə edib ki, bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.