Xəbər lenti

İmişlinin futbol ictimaiyyətinə şad xəbər:
İdman 16:10 11.10.2023

İmişlinin futbol ictimaiyyətinə şad xəbər: "Açılış matçını bizim üçün vacib tarix olan..." (VİDEO)

Birinci Liqada mübarizə aparan "İmişli"nin ev oyunları üçün hazırlanan Heydər Əliyev adına stadionun qazonu təmir olunub. Uzun müddətdir meydançada aparılan işlər nəticəsini verməkdədir. Ot örtüyü artıq daha yaxşı vəziyyətdədir. Həmçinin tribunalara da müəyyən qədər "əl gəzdirilib". Hazırda klub rəhbərliyi oyunların keçirilməsi üçün PFL-dən təsdiq gözləyir.
 
Qurumdan İmişli futbolsevərlərini sevindirəcək fikir deyilib. PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov Qaynarinfo-ya açıqlamasında müsbət rəy verdiklərini bildirib:
 
"İmişli şəhər stadionunda bundan əvvəl oyun keçirmişdik və çox böyük anşlaq olmuşdu. İnsanların futbola marağını nəzərə alaraq, oradakı bu mövsümün açılış matçını bizim üçün vacib tarix olan 18 oktyabra təyin etdik. Klubun idarə heyətinin sədri Aqşin müəllimlə daimi əlaqədəyik. Görülən işlərlə bağlı bizə ətraflı, gündəlik məlumat verir. İşlərin yekunu ilə bağlı İmişli şəhər stadionuna səfərimiz olacaq. Oradakı problemlərin yerində aradan qaldırılması həyata keçiriləcək və yaxud səfər elə bir tarixə təsadüf edəcək ki, oyuna qədər çatışmazlıqlar yoluna qoyulmuş olsun".
  
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->