Xəbər lenti

Ölkə 11:20 06.12.2023

İndiyədək nə qədər ərazi minalardan təmizlənib?

Bu günə qədər aparılan işlər nəticəsində ümumilikdə 114 min 400 hekatar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Qaynarinfo xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.

O bildirib ki, 110 347 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

"Bunlardan 30 795-i piyada, 18 582-si tank əleyhinə mina, 60 970-i isə partlamamış hərbi sursatlardır”, - deyə
o qeyd edib.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->