Xəbər lenti

İnsult riski və qabaqlayıcı reabilitasiya tədbirləri mövzusunda elmi-praktik konfrans keçirildi (FOTO)
Ölkə 21:39 08.07.2022

İnsult riski və qabaqlayıcı reabilitasiya tədbirləri mövzusunda elmi-praktik konfrans keçirildi (FOTO)

7-8 iyul tarixlərində "İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib.

Qaynarinfo xəbər verir ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası və Milli Nevroloqlar Assosiasiyasının dəstəyi ilə baş tutub.

İki gün davam edən konfransın təşkilinin məqsədi tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə tanış etmək olub.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.ü.f.d., Dr. Pərvin Əkbərov konfrans iştirakçılarına İnstitutun tarixi barədə qısa məlumat verib, "COVID-19-dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri" mövzusunda çıxış edib. 

ETTBİ-nin Elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova da İnstitutun elmi istiqamətləri haqqında məlumat verdikdən sonra "İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar" mövzusunda çıxış edib. 

Konfransda Eskişehir Osmangazi Universitetinin professoru Dr. Serhat Özkan, Varşava Psixiatriya və Nevrologiya İnstitutunun nümayəndəsi Dr. İvona Sarzinska-Dlugosz, Avropa İnsult Təşkilatının (ESO) Reabilitasiya Departamentinin sədri Aksel Kohlmetz də məruzəçi kimi iştirak ediblər. 

Konfransda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Fuad Həsənov, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, Həkimlərin Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri Rəna Şirəliyeva iştirak ediblər. 

Sonda konfrans iştirakçıları sertifikatlarla və davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->