İntim məntlər reklam işıqları kimidi, adama gəl-gəl deyir. Deyir,gəl, məni oxu! Özü də yaşa filana baxmır. Hər yaşda adamışirnikləndirir. Hərəni bir cür.
Bax, elə o gün həkimə getmişdim. Gözləmə otağındakı masanın üstünədüzülmüş qlamur sağlamlıq jurnallarını vərəqləyirdim. Cürbəcürmövzuların içində göyçək bir seksopatoloq xanımın ona ünvanlanansuallara verdiyi cavablar diqqətimi çəkdi. Oxudum! Özü də rahatca,maraqla!
Ona görə rahat deyirəm ki, oxuduğumu büsbütün anladım. İsveç dilindəucdantutma hamısını dərk elədiyin mətnə hər saat rastlamırsan. Ammaburda yazılanları başa düşdüm.
Maraqlı gələnsə, oxucuların belə açıq-saçıq – bizim dillə desək,“utanıb-qızarmadan” – suallarına həkimin ətraflı, dib-dəhnəli cavabıidi. Ta sual nə idi, cavab necə oldu, bura yazası deyiləm. Yazılasıdeyil!
Adamların intim yazıları oxumaq həvəsi elə həyatın özünə olanmaraqları kimidi. Gənc adamla yaşlının həyata baxışı fərqlidi,bilirsiniz. Biri hələ görmədiklərini görmək ehtirası ilə alışıb yanırsa,o biri gördüklərinə sönməkdə olan ocağın son işartılarına baxan kimibaxır.

Yadıma gəlir ki, orta məktəbdə oxuyanda sinif oğlanlarıyla “Min birgecə”nın hansı cildində, neçənci səhifəsində “oxumalı” yerlərin olduğunuəzbər bilirdik. Bilməyənlərə də deyirdik, tapıb oxuyurdular. Ən“maraqlı” yerlərin biri, yaddaşım məni aldatmırsa, 132-ci səhifə idi, digəl, cildi yadımdan çıxıb.
Covanni Bokkaççonun “Dekameron” kitabına universitetin birincikursunda oxuyanda əmimin kitabları arasında rastladım. Xeyli vaxtoxumağa cürət eləmədim – ayıb bildiyimdən. Gecələr, hamı yatandaoxuyurdum. Deyim ki, müsəlman-sovet (!) tərbiyəsiylə böyümüş bir əyalətoğlanına necə təsir edə bilərdisə, mənə də elə təsir elədi. Yəni, beləşeyləri hətta yazmaq olarmış! Sizə qəribə gələr, doğrudan o vaxtıngəncləri utancaq idi.
***
Fikrim uzaqlara getdi, əslində Rasim Qaracanın “Qarabağ Dekameronu”adlandırdığı “On bir gecə” kitabını oxuyanda elədiyim qeydlərdəndanışmaq istəyirəm. Sağ olsun, kitabı göndərdiyinə görə.
Bu, Rasim Qaracanın yaradıcılığıyla ilk tanışlığım idi. Kitaba həm dəson on-on beş ildə meydana gələn “inkarçı” ədəbi qövmlə tanışlıq kimibaxırdım. Bir növ bu kitabdan o ədəbi mühitin qoxusunu almağa cəhdedirdim. Bir vaxtlar onun redaktorluğu ilə çıxmış “Alatoran” jurnalı,yaranmasında müstəsna rolu olan Azad Yazarlar Ocağının havasını duymaqistəyi oxu marağımı artırırdı.

Cəmiyyətin inqibator rəngli mənzərəsi nə ürəkaçan, nə də gözəyatanolur. Mən rəngarənglikdən yanayam. Elə qafalarda, zövqlərdə də. Ömrünün17 ilini plüralist ideyaların yayılmasına sərf eləyən (elə biltəmtəraqlı çıxdı, “İnam” Plüralizm Mərkəzində işlədiyimi deyirəm) birikimi istərdim, Azərbaycanda çoxlu yaradıcı birliklər olsun. BirYazıçılar Birliyi, yaxud Azad Yazarlar Ocağı yox, on dənəsi olsun.İsveçdə yazıçı-şairlərin neçə birliyi var, sayını bilmərsən, çoxdu.
İstəyir nəsr yazanların öz birliyi olsun, şeir yazanlarınkı ayrı.Məsəl üçün deyirəm – detektiv yazarları öz gildiyasını qursun, sevgiromançıları öz klubunu. Bir şərtlə, ədəbiyyata mühit yaratsınlar.Bir-birini aşağılamağa sərf edəcəkləri vaxt və enerjini ədəbiyyatyazmağa yönəltsinlər.
Yeri gəldi, bunu da deyim – başımızı belə şeylərə qatdığımız aradagürcülər ədəbiyyatlarını dünya dillərinə çevirməyə, xarici ölkələrdənəşr etdirməyə başlayıblar!
***
“On bir gecə”nin bədii yükü haqda ədəbiyyatçılar, ədəbi tənqidçilərxeyli yazıblar, internetdə gördüm. Mənsə oxuduğu kitablar yazmağa ipucunəsə verəndə qeydlərindən yazı düzəldən biriyəm. Bu yazılara “həm də biraz kitabdan yazdım” desəm, daha düz olar. Çünki onun mövzusu ətrafındafırfıra kimi dolansam da yazıda aranı dağa, dağı düzə aparmağım çoxolur.
Kəsə deyəsi olsam, belə deyərdim – Rasim Qaracanın “QarabağDekameron”unda istər müharibə mövzusu, istərsə də “dekameronçuluq”yarımçıqdı. Hər halda mənə belə gəldi. “Dekameronluq” söhbət üçün səngəruğurlu yer seçilsə də, o söhbətlərin səngər adamları etdiyinə inanabilmədim. Mənə sovet filmlərində arxada qoyub gəldiyi sevgilisinisentimental duyğularla xatırlayan əsgər obrazlarını xatırlatdı.
…Müharibə ekstremal həyatdı. Burada emosiyalar gərilir. Adam tez-tezaffekt duruma düşür. Şəhvət də insanın emosiya halıdı. Müharibədə,həbsxanada, əsgərlikdə kişilərin baş söhbəti qadındı – kişi qadındandanışır, arzulayır! Hərbi xidmətdə olanlar xatırlayar, “əsgərdəftərlərinə” çəkilən, bədənə döyülən qadın rəsmlərini.
Tarix boyu müharibələrdə əldə olunan qənimətlər arasında qadın ənəhəmiyyətli yerdə olub. Döyüşən əsgərin beynindəki düşmənin əmlakındançox qadınıdı. Ölmək qorxusundan, stressdən yığılan mənfi enerjidən,vəhşi ehtirasdan qurtulmanın iki yolunu tanıyıb əsgər – qadın və şərab!Sovet əsgərlərinin Almaniyada, yaponların Çində milyonlarla qadınızorlaması tarixin hələ bizə yaxın dönəmində olanlardı.
…Qadınlarda isə fərqlidi, onlar ekstremal vəziyyətlərdə birinciqadınlıq duyğusunu itirirlər, “kişiləşirlər”. Qadınlıq duyğusu şüurunalt qatına keçir, gizlənir. Svetlana Aleksiyeviçin “Müharibə qadınsimalı deyil” kitabında müharibəni xatırlayan qadınlar deyir bunu. Oradasanki qadının “qadınlığı” donur. Bu don bir xeyli sonra açılır, özü dətədricən – hissiyyat yavaş-yavaş qayıdır. Amma necə qayıdır? Hansıehtirasla?

Çaylar nə vaxt daşır? Aylarla yığılıb qalaqlanan buzlaqların donu açılanda!
Donu açılan qadın ehtirası da belədi!
…Fikir quş kimidi, bilmirsən hansı budağa qonacaq – budur, huşum getdi 30 il əvvələ.
Tələbə vaxtı bir dəfə Ağdama atamın taksisində gedirdik. “Bir papirosçəkim, bəlkə bir klent də düşdü”, – deyib Azneft meydanında saxladı.Çox gözləmədik, hündürboy, cantaraq, sərtüzlü bir qadın atama yaxınlaşıbYevlağa gedəcəyini dedi. Razılaşdılar. Qabaq qapını açıb mənim yerimdəəyləşdi. O vaxtlar adətən qadınlar arxada otururdular. Qəribəmə gəldi.Onun maşına minməsi ürəyimcə olmadı, üzü, baxışı, hərəkəti, səsi adamayad gəlirdi, elə bil qadın cildində kişiydi.
Yolboyu söhbət elədilər. Atam elə də söhbətcil deyildi, amma onunlahəvəslə danışdı. Qadın həbsxanadan təzəcə çıxmışdı, evlərinə gedirdi.Anladığım qədər uzun türmə həyatı varmış. O, atamla çox şeydən danışdı.Amma biri yaddaşıma həkk olub – qadın məhbuslar tez-tez onları təhqiredən bir həbsxana nadzorunu zorlayıbmışlar.

“Başımıza oyun açırdı, gecə növbəsində könlünə düşəni aparırdı. Hamıonun əlindən zara gəlmişdi. Bir gecə onu ələ keçirdik. Qızlar üstünəatılıb əlini, ayağını mələfəylə bağladılar, ağzına yaylıq tıxadılar… Onbeşəcən qadın ehtirasını söndürə bildi. O biri nadzorlar duyuq düşəndəartıq gec idi, o, ölmüşdü”.
Fikrimi tutub gətirim yazıya, boş buraxsam, allah bilir uçub haralara gedəcək.
Erotik əsərlərin gücü tək intim səhnələrin detallı təsvirində deyil.Həm də dilindədi. “Dekameron” ədəbi yox, o dövr İtaliyasının jarqondilində yazılıb. Cefri Çoserin “Kenterberi hekayələri”ndən tutmuşVladimir Nabokovun “Lolita”sınacan yazılan əsərlərin özünəməxsus erotikdili var. Ta libertinizmin (cəmiyyətdə qəbul olunmuş əxlaq normalarınıninkarı) ideoloqu Markiz de Sadın dilindən danışmıram heç.
Bizim dilimiz də bu mənada kasıb deyil. Vaqifdən üzübəri nə qədəraşıq-şairimizdən uğurlu nümunələr gətirmək olar. Şamxal Rüstəmin şifahidilimizdə qalan şeirlərini xatırlayıram. Amma nəsrimizdə bu alınmır,mənə belə gəlir. Nəsə vulqar çıxır. Bəlkə də uğurlu əsərlərimiz var,mənim xəbərim yoxdu.
Maraqla gözləyirdim, görüm dilimizdə intim söhbət necə alınacaq.Olmadı! Rasim bəy də kitabı elə ədəbi dildə yazıb. Cavan, enerjiliəsgərlər qadın haqda ehtirasla yox, sönük xatirə kimi danışırlar.
Onillərdi oxucu böhranı yaşayan cəmiyyətin mütailə vərdişlərini bərpaetməkdə kiçik həcmli maraqlı kitablar xüsusi rol oynayır. Bu baxımdan,kitabın lakonikliyi bəyəniləsidi. Amma bəzən elə səhnələr olur ki, orada“söz xəsisliyi”nə yer yoxdu. Oxucu tək oxumaqla kifayətlənmək yox, osəhnəni görmək, gördüyünü məhz özü yaşamaq istəyir.
Kitabda çoxlu maraqlı hadisələr var, təəssüf, yarımçıq yazılıb.Məsələn, “Poxludərədə öpüşmə” hekayətində inəyin mazut gölməçəsindəbatması səhnəsi. Yaxud, “Yol azmış iki nəfərdə” yaşlı qadının təzəcəsoyulmuş buğlanan inək dərisində basdırılması kimi. Tam subyektivfikrimdi, bu yerlərin geniş təsvirini istərdim.
Elə təsvirlər də var ki, zövq alırsan. Məsələn, bunu “Fəxrininhekayəti”ndən götürdüm, kitabın bəyəndiyim ən yaxşı yeri kimiişarələdim:
“Aylarca ağladım. Fermamız magistral yolun yaxınlığında idi. Yolunkənarındakı qoç heykəlinin üstündə oturub gəlib keçən maşınlarabaxırdım. Gecə gec saatlara qədər buradaca oturub qalardım. Uzaqdan birişıq görünər, yavaş-yavaş yaxınlaşar, gurultu salaraq yanımdan ötübkeçər, gözdən itincəyə qədər arxasınca baxardım. Boş məşğuliyyət idi,ancaq maraqlıydı. Həyatın özü kimiydi bu əyləncə. Bir ümid kimi üfiqdəişıq doğar, yanına gələr və sonra yoxa çıxardı. Yeni bir işığındoğmasına qədər dəqiqələrcə gözləyərdin”.
Əsərin həcmi, mövzusu elə də önəmli deyil, təki sözün birbaşa mənasında Əsər olsun!
Mənimçün isə əsas şərtlərdən biri onun dilidi, yaxşı əsərin həm dəçəkici təhkiyəsi olmalıdı – kişini başdan eləyən şirin qadın dili kimi.Belədə sehrə düşüb gedəcəksən, heç bilməyəcəksən hansı dildə yazılıb.
Şirindil ədəbiyyat sorağıyla…
Vahid Qazi
Aprel, 2016
Fur, İsveç
Şərhlər