Bir müddət əvvəl açıq ürək əməliyyatı keçirən Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan səhhətinin tədricən yaxşılaşdığını bildirib.
O, bu barədə Qaynarinfo-ya açıqlamasında danışıb:
"Hər gün bir az irəliləyirəm. Həkimlər bunu deyirdi, amma artıq özüm də hiss edirəm. İrəliləyişə sevinirəm. Çətin günləri arxada qoymuşam, bundan sonra yalnız irəliyə doğru gedirəm".
Qeyd edək ki, bir müddət əvvəl səhhəti pisləşən İntiqam Soltan xəstəxanaya yerləşdirilmiş və açıq ürək əməliyyatı olunmuşdu.
Bahar Rüstəmli
Şərhlər