Xəbər lenti

İran Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışladı
Siyasət 16:52 11.12.2023

İran Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışladı

İran Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır və regional sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

"İran Azərbaycan və Ermənistanın qarşılıqlı fəaliyyət və əməkdaşlıq, o cümlədən hər iki tərəfdən məhbusların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır və bunu müsbət addım hesab edir", deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, davamlı sülhə nail olmaq regional oyunçular arasında etimad mühitinin gücləndirilməsini tələb edir. Tehran bu tədbirlərin iki tərəf arasında sülh və sabitliyə gətirib çıxaracağına ümid edir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->