Dünya 22:23 02.07.2022

İran nefti Rusiya neftinin yerini tuta bilər - Kepler

2022-ci ilin sonuna qədər bir milyon barel İran nefti Rusiya neftinin boşluğunu dolduracaq.

Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Kepler İnstitutunun analitiki Homayun Fəlakşahi deyib.

"Avropa İttifaqının Rusiya neftinə qarşı sanksiyaları ilin sonuna kimi tətbiq olunacaq və Kepler Rusiya neft hasilatının gündə bir milyon barel azalacağını təxmin edir. İran üzrə sanksiyalar aradan qaldırılarsa, İran neft hasilatı və ixracını gündə bir milyon barel artıra bilər və bu, İranın neft bazarına qayıtması üçün qızıl fürsətdir”.

Homayun Fəlakşahi Xəzər nefti və qazı sahəsində əməkdaşlığın inkişafı ilə bağlı əlavə edib: 

"Xəzərin neft və qazı sahəsində mühüm hadisələrin baş verəcəyi ehtimalı azdır, kommersiya rəqabəti həmişə neftin kəşfiyyatı və hasilatı üzrə danışıqlarda real nəticələrə mane olur”.

Onun sözlərinə görə, İran Rusiyanın Avropadakı neft qıtlığını əvəz etmək üçün özünün mövcud neft imkanlarından istifadə etməlidir.

M.Arif