Xəbər lenti

Siyasət 12:45 19.10.2024

"İstanbul sammiti region üçün mühüm əhəmiyyət kəsb edib" - Politoloq

"3+3 platformasının İstanbul sammiti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi də daxil olmaqla regionun sonrakı inkişafı üçün mövcud mühitin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.

Azər Qasımov bildirib ki, sammit platformaya daxil olan ölkələrin regionun gələcəyində nə dərəcədə maraqlı olduqlarını ortaya qoyub:

"Tiflis istisna olmaqla region ölkələrinin sammitdə iştirakı onu deməyə əsas verdi ki, regionun gələcəyi hər bir ölkənin prioritetləri daxilindədir. Təbii ki, Gürcüstanın bu platformaya hələlik qatılmaması nisbi xarakter daşıyır. Keçiriləcək seçkilərdən sonra Gürcüstanın da bu platformaya qatılacağı böyük ehtimaldır".
 


Politoloq bildirib ki, regionun 3 böyük dövlətinin eyni platformada birləşməsi isə region üçün mühüm əhəmiyyət kəsb edir:

"Dayanıqlı sülh üçün Azərbaycanın Ermənistanda Konstitusiya dəyişikliyini şərt gətirilməsinin kökündə də 3+3 platformasının fəaliyyətinin gələcəkdə təhlükə altına düşməməsi dayanır. Ermənistanın həyata keçirəcəyi konstitusiya dəyişikliyi bu platformanın gələcəyinə olan səmimi münasibətini göstərəcək. Əldə ediləcək sülhün ən böyük qarantı Ermənistanın Konstitusiyaya edəcəyi dəyişiklik olacaq. Bu, regionun gələcəyi üçün həlledici amildir. Azərbaycan da buna görə israr edir". 
 


Qeyd edək ki, oktyabrın 18-də İstanbulda 3+3 Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşdə bildirib ki, regionda davamlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir:

"Azərbaycan region ölkələri ilə təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, rabitə və ətraf mühit sahəsində ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Postmünaqişə dövrü kimi kritik məqamda regionda dayanıqlı və davamlı sülhün təmin olunması üçün artıq arxada qalmış münaqişənin nəticələrinin Konstitusiya dəyişiklikləri yolu il aradan qaldırılması vacibdir". 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiya, İran və Türkiyənin Azərbaycan və Ermənistana sülh müqaviləsi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdiklərini deyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->