Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 18-də Qərb ölkələrinin bir sıra nümayəndələri ilə danışıqlar apardığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Qərb dövlətlərinin nümayəndələri ilə çox mürəkkəb, çətin, lakin maraqlı danışıqlar oldu", deyə Belarus lideri Valojində (Minsk vilayəti) Dojinki kəndi işçilərinin regional bayramında çıxışı zamanı bildirib.
Oktyabrın 17-də Lukaşenko bəyan edib ki, belaruslar Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak etməlidirlər, çünki bu, onlara da aiddir. Onun sözlərinə görə, Qərb Belarus müxalifətinin təhriki ilə Belarusun və Belarus prezidentinin özünün Ukrayna ilə bağlı danışıqlarda iştirakına mane olmaq üçün hər şeyi edir.
Aydın
Şərhlər