Xəbər lenti

DGK-nın keçmiş eksperti Ali Məhkəməyə üz tutdu - 13 500 manatlıq rüşvət işi
Ölkə 15:05 19.10.2024

DGK-nın keçmiş eksperti Ali Məhkəməyə üz tutdu - 13 500 manatlıq rüşvət işi

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq. 

Qaynarinfo xəbər verir ki, Aslan Bayramov barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Ələsgər Novruzov iş üzrə hakim təyin edilib. Şikayət baxılma vaxtı hələ ki, müəyyənləşməyib. 

Aslan Bayramov ötən il cinayət məsuliyyətinə cəlb edilib. Onun qanunsuz əməlləri barədə Korrupsiaya Qarşı Mübarizə İdarəsinə DGK-dan məlumat daxil olub. Həmin məlumatın əsasında Korrupsiaya Qarşı Mübarizə İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib və qurumda cinayət işi başlanıb. 

Baş Prokuroluğun yaydığı məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->