Xəbər lenti

Fransa XİN:
Dünya 14:49 19.10.2024

Fransa XİN: "Rusiyanın Ukraynaya qarşı müharibəsi Asiyaya keçə bilər"

"Şimali Koreya əsgərlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə göndərilməsi qərarı müharibəni yeni eskalasiya miqyasına gətirəcək və onu Asiyaya keçirə bilər".

Qaynarinfo xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiqa ilə birgə mətbuat konfransında deyib.

"Əgər bu doğrudursa, o zaman düşünürəm ki, belə bir qərar müharibəni yeni eskalasiya miqyasına aparacağı üçün ciddi nəticələr verə bilər. Bu, müharibənin Asiya ərazisinə keçməsi riskini daşıyır", deyə Barro vurğulayıb.

Eyni zamanda, nazir hesab edir ki, Şimali Koreya hərbçilərinin işə qarışması ilə bağlı məlumatlar Rusiyanın Ukrayna ilə qarşıdurmada getdikcə daha çox çətinlik çəkdiyini göstərir.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirilo Budanov bildirib ki, Şimali Koreyadan olan 11 minə yaxın əsgər Rusiyada müharibədə iştirak etmək üçün təlim keçir, onlar noyabrın 1-dək hazır olacaqlar.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreya rejiminin Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına dəstək vermək üçün 12 min əsgər göndərməyə qərar verdiyini açıqlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->