Xəbər lenti

Dövlət idarəsi satışa çıxarılır - 115 min manat qiymət qoyuldu
Ekonomiks09:02 19.10.2024

Dövlət idarəsi satışa çıxarılır - 115 min manat qiymət qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsini hərraca çıxaracaq.
Qaynarinfo Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.
Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsidir.
Sözügedən obyektin ilkin satış qiyməti 115122 manat, 10% behin həcmi isə 11512 manat müəyyənləşib.