Xəbər lenti

CNN: İsrail Sinvarın cəsədindən girovların azad edilməsi üçün istifadə edə bilər
Dünya 11:52 19.10.2024

CNN: İsrail Sinvarın cəsədindən girovların azad edilməsi üçün istifadə edə bilər

Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvarın cəsədi İsrail tərəfindən girovların azad edilməsi üçün sövdələşmə predmeti kimi istifadə edilə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, girovların dəyişdirilməsi Sinvarın qalıqlarının Qəzzaya qaytarılmasının yeganə yoludur.

Oktyabrın 17-də DNT testi HƏMAS qruplaşmasının liderinin öldürüldüyünü təsdiqləyib. Sinvarın daha əvvəl İsraildə həbs cəzası çəkməsi onun şəxsiyyətini müəyyənləşdirməyi asanlaşdırıb. İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, onun məhv edilməsi İsrailin düşmənlərinə açıq bir mesajdır.

CNN həmçinin qeyd edib ki, Sinvar başından açılan atəşlə öldürülüb. "HƏMAS lideri başından güllə yarası alıb və ölüb", deyə telekanalın vurğulayıb.

İsrail ordusunun sözçüsü vəziyyətlə bağlı şərhində atışma olduğunu və xüsusi döyüşün tankın binaya atəş açması ilə başa çatdığını deyib.

Avqustda Qəzza zolağında qrupa rəhbərlik edən Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri təyin edilib. O, iyulun sonunda Tehranda öldürülən İsmayıl Haniyənin yerinə keçib. Ekspertlər deyirlər ki, bu təyinat HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra davam edən radikal tendensiyanı vurğulayır. Sinvar bu hücumun əsas təşkilatçılarından biri hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->