Xəbər lenti

İtkin düşən İsmayıllı Dövlət Texnalogiya Kollecinin tələbələri deyilmiş
Ölkə 16:08 07.08.2023

İtkin düşən İsmayıllı Dövlət Texnalogiya Kollecinin tələbələri deyilmiş

İsmayıllıda itkin düşən şəxslər İsmayıllı Dövlət Texnalogiya Kollecinin tələbələri deyil.

Bu barədə Qaynarinfo-ya İsmayıllı Dövlət Texnalogiya Kollecindən bildirilib.

"Son günlər bəzi KİV-də dərc olunan İsmayıllıda iki gəncin itkin düşməsi ilə əlaqədar xəbərlərdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin adı hallanır. Xəbərlərdə qeyd olunur ki, həmin şəxslər İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alıb, intizamsızlığa görə təhsil ocağından qovulublar. Məlumat üçün bildiririk ki, kollecimizə Xəlilov Ağaverdi Tofiq oğlu və Mayılova Aytac Hikmət qızı adlı şəxslər qəbul olunmayıb", deyə kollecdən bildirilib.

Qeyd edək ki, Kürdmaşı kənd sakini Ağaverdi Xəlilovun atası Tofiq Xəlilov bildirib ki, itkin düşən şəxslər İsmayıllı Dövlət Texnalogiya Kollecində tələbə olarkən tanış olublar. Atasının dediyinə görə, hər iki şəxsin 19 yaşı var və oğlan bir neçə dəfə evdə anasına sevdiyi qız olduğunu, onunla eyni kollecdə təhsil aldığını bildirib. Tofiq Xəlilov iddia edir ki, İsmayıllı sakini 2004-cu il təvəllüdlü Aytac Mayilova oğlu ilə əvvəlcədən razılaşaraq qaçıb.

Onun sözlərinə görə, hadisədən bir gün qabaq oğlan evdə hamı ilə birgə yemək yeyib və yatmaq adıyla öz otağına keçib. Sonra məlum olub ki, o, gecə yarısı saat 3-4 radələrində evdən çıxaraq Aytac Mayilova ilə birgə Bakı istiqamətində hərəkət edib. Onların Bakı istiqamətində hərəkəti müşahidə kameraları ilə müəyyən edilib. Qızın ailəsi məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.

Həmçinin hər iki gəncin kollecdən xaric edildiyi bildirilir. Məlumata görə, onlar kollecdən sevgili olduqları və bundan dolayı nizam-intizam qaydalarına əməl etmədikləri üçün qovulublar. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->