Ruslar cəbhənin mühüm sahələrində irəliləyişlər əldə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Üçüncü Hücum Briqadasının komandirinin müavini Maksim Jorin
Telegram-da bildirib. Onun yazdığına görə, müharibə böyük şəhərlərə yaxınlaşa bilər.
"Hər kəs rus qoşunlarının "hardasa şərqdə" irəliləməsi ilə bağlı xəbərlərə öyrəşib – qoy hərəkət etsinlər, bu, o qədər də qorxulu deyil, amma onlar artıq Pokrovska, sonra isə digər şəhərlərə, o cümlədən yüz minlərlə insanın yaşadığı böyük şəhərlərə çatıblar”, - Jorin bildirib.
O bildirib ki, hazırda müharibənin dinamikası çox yüksəkdir və düşmən yalnız tempi artırır. Ancaq Ukrayna bölmələri yerdəyişmə və normal dəyişdirmə olmadığına görə yorulub.
"Ukrayna cəmiyyəti oyanmalıdır. Mən heç kimi qorxutmaq istəmirəm, amma biz hazırda o qədər də yaxşı vəziyyətdə deyilik. Bütün bunları aradan qaldırmaq üçün gözləmək və xəyal qurmaq yox, hərəkətə keçmək lazımdır. Ən vacib olan budur. Kiminsə bizim üçün əldə edəcəyi ani qələbə və sülh haqqında nağıllara inanmağı dayandırmaq lazımdır", - Jorin deyib.
Alpər
Şərhlər