Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan jurnalistlər üçün yeni yaşayış binası iki ildən sonra istifadəyə veriləcək.APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, bu binada tək jurnalistlər deyil, qəzet, televiziya və digər redaksiyaların heyətləri də mənzillə təmin oluna biləcəklər.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti mediaya hər zaman diqqət və qayğı göstərir: “Bu proses bundan sonra da davam edəcək. Bu gün jurnalistlər üçün istifadəyə verilən bina bu qayğının bariz göstəricisidir”.
Qaynar.info
Şərhlər