Böyük
Britaniyanın paytaxtı Londonda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi
işğalçılıq siyasəti və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olduğunu yerli vətədaşlara tanıtmaq üçün sosial layihə davam etdirilir.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, "Facebook" və "İnstagram" sosial şəbəkələrində
fəaliyyətə başlayan "Karabakh" səhifələrinin müəllifləri tərəfindən
London küçələrinə üzərində iri hərflərlə "Karabakh is Azerbaijan"
yazıları olan promo avtomobillər buraxılıb.
Həmin
avtomobillər Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək
insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı
barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və
jurnalistlər tərəfindən maraqla qarşılanıb.
Bu gün
isə sözügedən avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında nümayiş
etdirilib.
<iframe allowfullscreen="" allowfullscreenmoz="" allowfullscreenms="" allowfullscreeno="" allowfullscreenwebkit="" frameborder="0" height="360" src="https://www.trend.az/player.php?f= https://cdn.trend.az/2020/10/22/video_karabagh_221020_1.mp4" width="100%">
<iframe allowfullscreen="" allowfullscreenmoz="" allowfullscreenms="" allowfullscreeno="" allowfullscreenwebkit="" frameborder="0" height="360" src="https://www.trend.az/player.php?f= https://cdn.trend.az/2020/10/22/video_karabagh_221020_2.mp4" width="100%">
<iframe allowfullscreen="" allowfullscreenmoz="" allowfullscreenms="" allowfullscreeno="" allowfullscreenwebkit="" frameborder="0" height="360" src="https://www.trend.az/player.php?f= https://cdn.trend.az/2020/10/22/video_karabagh_221020_3.mp4" width="100%">
Şərhlər