Fərid Azəri

Blogger
Yazılar
1
Kimdir günahkar: televiziya, yoxsa...

Kimdir günahkar: televiziya, yoxsa...

Fərid Azəri

Ölkədəki bəzi yazıçı və şairlərin müğənni, aktrisa, eləcə də digər şou-biznes nümayəndələrini, nə bilim "bozbaş" mahnıları tənqid etməklə gündəmə gəlməsi yaxşı hal deyil. İndi durub "Yazıçı əsəri, şair şeiri ilə yadda qalar" kimi şablon cümlələr yazmacam, amma hər dəfə mətbuatda qələm adamlarının dilindən analoji tənqidlərlə dolu fikirləri görəndə gənclərin niyə kitabdan uzaq düşdüyünə qismən cavab tapmış oluram. 

Gəlin görək hansı yazıçımız son 1 ildə bestseller olmuş roman və ya povest yazıb? Siz bilirsinizsə, deyin. Amma çoxuna zəng eləyib: "Şou-biznes niyə bu gündədir" - soruşsan, bu suala cavabları var. Çoxu televiziyaları tənqid etməyə də hazırdı. "Dədə Qorqud" filmində Qazan xanla oğlunun məşhur dialoqu var. Oğlunu məzəmmət eləyən xana oğlan deyir ki, sən nə vaxt məni ova apardın, ox atmağı öyrətdin də, mən etmədim? İndi onun sözü olmasın, maraqlı bir iş qoyun ortaya, dünya şöhrəti qazanın. Təbii, sosial vəziyyəti də başa düşürəm, amma məqsədi olan daim uğur qazanır...

OXŞAR XƏBƏRLƏR

X  No Image