Xəbər lenti

Tramp: ABŞ Xameneinin dəfn mərasimi ilə bağlı İranla danışıqları dayandırıb
Dünya 09:36 04.07.2026

Tramp: ABŞ Xameneinin dəfn mərasimi ilə bağlı İranla danışıqları dayandırıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana İslam Respublikasının Ali lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı danışıqlara bir həftəlik fasilə verdiyini açıqlayıb.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə 4 iyulda qeyd olunan ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakotada çıxışında deyib.

"Onlar razılaşma əldə etməyə can atırlar. Onlar cidd-cəhdlə razılaşma istəyirlər. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə vermişik", - Tramp deyib.

Xatırladaq ki, İranın mərhum Ali lideri Əli Xamenei ilə vida mərasimi Tehranda iyulun 3-də başlayıb. Dəfn mərasimi 9 iyulda ayətullahın doğulduğu Məşhəddə keçiriləcək.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->