Xəbər lenti

ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Siyasət 13:35 04.07.2026

ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasına görə Azərbaycana təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, bu təşəbbüs böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb:

"Bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->