XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Klubların transfer çalışmaları: “Mançester Yunayted” və "Barselona"da yeni müqavilə
İdman12:34 19.07.2023

Klubların transfer çalışmaları: “Mançester Yunayted” və "Barselona"da yeni müqavilə

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi açılıb. 
Qaynarinfo klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatları təqdim edir: 
PSJ-nin müdafiəçisi El-Şaday Bitşiabunu "Leyptsiq” klubuna keçib. 18 yaşlı fransalı futbolçu ilə 5 illik sözləşə imzalanıb. 
**
"Çelsi” müdafiəçisi Etan Ampadu "Lids”ə keçib. London klubu 22 yaşlı futbolçunun transferindən 7 milyon funt-sterlinq əldə edib. 
**
"Başakşəhər” "Herta”nın hücumçusu Kşiştof Pyonteki transfer edib. Polşa yığmasının 28 yaşlı üzvü ilə 3 illik müqavilə imzalanıb. 
**
"Barselona” "Jirona”nın futbolçusu Oriol Romeunu heyətinə cəlb edib. 31 yaşlı ispaniyalı yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.
**
"Mançester Yunayted” futbolçusu Markus Reşfordla müqaviləni yeniləyib. 25 yaşlı ingiltərəli futbolçu ilə sözləşmənin müddəti 5 illik uzadılıb.
Röya Kərimli