Xəbər lenti

Konfrans Liqası:
İdman 01:07 28.07.2023

Konfrans Liqası: "Neftçi"dən əzmkar heç-heçə

"Neftçi" bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununa Bosniya və Herseqovinada çıxıb. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olub.

"Qrbavitsa” stadionundak oyunda "Neftçi" iki dəfə hesabda geri düşsə də, bərabərliyi təmin edə bilib - 2:2.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

27 iyul
23.00 Jelezniçar (Bosniya və Herseqovina) - Neftçi (Azərbaycan) 2:2
Qollar: Cenan Haraçiç, 12. Cozef Amoa, 45+10 Aleksandar Kosoriç, 42. Rəhman Hacıyev, 90+5.
Jelezniçar: 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç, 19. Amar Drina, 33. İrfan Yaşareviç, 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç, 17. Andriya Drlyo, 26. Cozef Amoa, 9. Cenan Haraçiç.
Baş məşqçi: Nermin Başiç.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov, 44. Yuri Matias.
Baş məşqçi: Adrian Mutu.
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo, "Qrbavitsa" stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->