Konqo Demokratik Respublikasında 350 nəfəri daşıyan qayıq Mai-Ndombe gölündə qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, qəzadan 183 nəfər xilas edilib, 200-ə yaxın sərnişin itkin düşüb, azı 30 nəfərin meyiti tapılıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Konqoda gəmi və qayıqların həddindən artıq yüklənməsi ilə əlaqədar bu tip qəzalar tez-tez baş verir.
Gülşən
Şərhlər