Kremlin sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşlərinin onların haqqı olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Rusiya Makrona hörmət edir. O, əlavə edib ki, əslində Fransa prezidenti sadəcə, bir Belarus vətəndaşı ilə görüşüb.
Tixanovskaya Makronla görüşdən sonra onun Minskin siyasi böhrandan çıxmasına kömək edəcəyinə söz verdiyini söyləyib. Xüsusilə, Paris Belarus Prezidenti Aleksandr Lukaşenko ilə rəqibləri arasında dialoqun qurulmasına çalışacaq.
Alpər
Şərhlər