Dünya 10:50 24.08.2023

Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı

Krım körpüsü nəqliyyat vasitələrinin keçidi üçün müvəqqəti olaraq bağlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Krım körpüsü: operativ məlumat” "Telegram" kanalı məlumat yayıb.

"Krım körpüsü ilə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - məlumatda bildirilir.

Körpüdə və baxış zonasında olan avtomobillərin sürücülərindən sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur.

Maraqlıdır ki, avqustun 22-də körpüdə nəqliyyatın hərəkəti iki dəfə, avqustun 23-də isə bir dəfə bağlanıb.

Alpər