Xəbər lenti

Dünya 11:35 07.08.2022

Kubada neft anbarını ildırım vurdu: Onlarla insan itkin düşüb və yaralanıb

Kubanın Matanzas şəhərində neft anbarını ildırım vurması nəticəsində onlarla insan itkin düşüb və xəsarət alıb.

Qaynarinfo bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, Kuba hökuməti  hadisə zamanı 121 nəfərin yaralandığını, 17 nəfərin isə itkin düşdüyünü və bir nəfərin öldüyünü açıqlayıb.

Cümə günü axşamdan neft anbarını ildırım vurduğundan yanğınsöndürmə idarəsinin və Kubanın digər qurumlarının yanğını söndürmək cəhdləri nəticəsiz qalıb.

Kuba dövlət xəbər agentliyi ildırımın neft çənini vurduğunu, daha sonra isə digər çənlərin alovlandığını bildirib.

Kuba Prezident Ofisindən bildirib ki, itkin düşənlər yanğın baş verən yerin yaxınlığında yanğının yayılmasının qarşısını almağa çalışan yanğınsöndürənlərdir.

Qeyd edək ki, hələlik yanan çənlərdəki yanacağın miqdarı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin sosial şəbəkələrdə yayımlanan görüntülərdə böyük alovun yanında bir neçə sıra yanacaq saxlama çənlərinin hələ də yanmadığı və alov genişlənirsə, onların da  yanması ehtimalı var. 

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->