Xəbər lenti

Dünya 17:18 27.02.2024

Kuinsi Promes Bakıda həbs oluna bilər - Vəkil xəbərdarlıq etdi

Vəkil İqor Buşmanov Moskva "Spartak"ının oyunçusu Kuinsi Promesə Niderlandın ekstradisiya müqaviləsi olan ölkələrə səfər etməməsi barədə xəbərdarlıq edib. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Saxlanma ilə bağlı təxribat xarakterli hərəkətlərin və mümkün neqativ halların qarşısını almaq üçün Promesin cinayət işlərində qarşılıqlı yardım və axtarışda olan şəxslərin ekstradisiyası ilə bağlı Niderlandla razılaşması olan heç bir ölkəyə getməməsi tövsiyə olunur. Bu, həbsin mümkünlüyünü və sonradan ekstradisiya məsələsinin həllini istisna etmir", deyə Buşmanov bildirib.

Qeyd edək ki, martın 23-də "Spartak" Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu keçirəcək. Vəkilin fikrincə, Promes bu oyun üçün Bakıya gəlsə, həbs edilə və Niderlanda təhvil verilə bilər.

Fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Fevralın 16-da niderlandlı futbolçu beynəlxalq axtarışa verilib. Məhkəmə iclasında Kuinsi özü iştirak etməyib və Niderland prokurorluğu onun Rusiyadan ekstradisiyasına nail ola bilməyib.

Promes 1362 kq kokain qaçaqmalçılığı işində təqsirli bilinib. Ədliyyə Nazirliyinin məlumatına görə, futbolçu böyük cinayətkarlar şəbəkəsinin üzvü olub və onların bir çoxu hazırda həbs edilib. Məhkəmə orqanlarına görə, Promes hətta liderlik və maliyyəçi rolunda da çalışıb.

Bundan əvvəl Promes qohumuna bıçaqla hücum etdiyinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. "Ayaks"da çıxış edən futbolçu cinayət işi açıldıqdan sonra dərhal Niderlandı tərk edib.

Artıq Promesin Rusiyada oyunu zamanı onun Antverpen limanında həbs edilən kokain yükünün qaçaqmalçılığı ilə məşğul olduğu məlum olub. Bu yaxınlarda futbolçu BƏƏ-də resident statusu alıb və bunun sayəsində "Spartak"la qış təlim-məşq toplanışına yollana bilib. Bundan əvvəl o, həbs və ekstradisiyadan qorxduğu üçün Rusiyanı tərk etməkdən imtina edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->