Xəbər lenti

Kuleba: Avropa İttifaqının buna nə mənəvi, nə siyasi haqqı var
Dünya 10:48 23.11.2022

Kuleba: Avropa İttifaqının buna nə mənəvi, nə siyasi haqqı var

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı deyib ki, Avropa İttifaqı Ukraynaya kömək etməkdən yorulmaqdan danışmamalıdır.

Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.

"Əgər biz ukraynalılar yorulmuruqsa, Avropanın qalan hissəsinin yorulmağa nə mənəvi, nə də siyasi haqqı var” deyən nazir, Rusiyaya qarşı növbəti, doqquzuncu sanksiyalar paketinin "maksimum güclü” olmasına çağırıb.

Daha əvvəl "Politico” diplomatik dairələrdəki mənbələrə istinadən yazıb ki, doqquzuncu paket çərçivəsində Aİ sanksiyalara məruz qalan rusların siyahısını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->