"Kupça"sı olmayan evlərlə bağlı sevindirici xəbər: Bu tarixə qədər... (VİDEO)
Sənədsiz 40 min əmlaka çıxarış verilə bilər.
Bu barədə millət vəkili Vüqar Bayramov bldirib.
Onun sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə "Xəbər Ertəsi"nə deyib ki, sadələşdirmələr gələcəkdə vətəndaşların inşa etdiyi, amma çıxarışı olmayan evləri də əhatə edəcək.
Qeyd edək ki, sözügedən qərar qaz, elektrik və su xətləri ilə təmin edilən obyektlərə şamil olunacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər