Xəbər lenti

Kursk əməliyyatı kimə qarşı yönəlib? - Hərbi ekspert
Dünya 17:47 09.09.2024

Kursk əməliyyatı kimə qarşı yönəlib? - Hərbi ekspert

"Kursk əməliyyatı Rusiya əhalisini Putinə qarşı qıcıqlandırmaq və onların müharibəyə baxışlarında yenə redaktələrə nail olmaq məqsədi daşıyır".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukrayna əhalisi arasında bəzilərinin Kursk əməliyyatını səhv addım adlandırmasına münasibət bildirərkən deyib.

"Bu, əslində Zelenskinin deyil, Qərbin Kursk əməliyyatıdır. Söhbət müharibənin Rusiya ərazisinə etap olunmasından gedir. Lakin müharibənin Rusiya ərazisinə keçməsi heç də Putinin qıcıqlanması və daha da aqressivləşəcəyi anlamına gəlməməlidir. Əksinə, bu əməliyyat Rusiya əhalisini Putinə qarşı qıcıqlandırmaq və onların müharibəyə baxışlarında yenə redaktələrə nail olmaq məqsədi daşıyır. Artıq Rusiya əhalisinin də bir hissəsi qaçqın həyata yaşamağa məhkum olub. Belədə dolayısı ilə Rusiyaya başa salınır ki, bu bataqlıq hələ çox problemlərə səbəb olacaq", deyə İbrahim Rüstəmli bildirib.



Həmsöhbətimiz qeyd edib ki, Qərb Putini hakimiyyətdən devirmək istəyir. Bunun üçün də ilk növbədə müharibə Rusiya ərazisinə etap olunmalı idi: 

"Bu yolla da əhali arasında onu daxildə nüfuzdan salıb, hakimiyyətdən devirməyi düşünürlər. Yəni Kursk əməliyyatı Qərbin Putinə qarşı yönəldiləcək kampaniyasının tərkib hissəsidir. Qərbin dağıdıcılıq missiyası demək olar ki, öz məqsədinə çatır. Bu fonda insanların nə düşündükləri siyasətçilərin vecinə deyil. Ona görə də burada Ukrayna və Rusiya əhalisinin nə düşündüyü barədə danışmağa dəyməz. Proses idarə olunur və idarə edən öz sözünü deyir, idarə olunan da onun sözünü təkrarlayır". 

Qeyd edək ki, Ukraynanın həyata keçirdiyi uğurlu Kursk əməliyyatı ölkə daxilində heç də birmənalı qarşılanmayıb. Bu əməliyyata baxışda Ukrayna əhalisi arasında fərqli yanaşmalar var. Bəziləri bu əməliyyatı tamamilə səhv addım adlandırır. Onların fikrincə, bu addım Putini Ukraynaya qarşı müharibədə daha da aqressivləşdirib və qıcıqlandırır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->