Xəbər lenti

Lənkəranda bank işçisi meşədə özünü asdı
Ölkə 22:34 16.10.2023

Lənkəranda bank işçisi meşədə özünü asdı

Lənkəranda intihar hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lerik rayon Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov Lənkəran rayonunun Rvo kəndində şadlıq sarayının arxasındakı meşə massivində özünü asaraq intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

İstintaqa lazım olan maddi sübutlar götürülür.

R.Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil.

Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov banklardan birinin Lənkəran filialının işçisi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->