Ölkə 17:59 31.10.2022

Lənkəranda həbsxana tikilir: Bakıdakı cəzaçəkmə müəssisləri köçürüləcək?

Lənkəranda yeni penitensiar müəssisə tikilir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni kompleksin tikintisi başa çatdıqdan sonra Bakıdakı cəzaçəkmə müəssislərindən bir neçəsi oraya köçürələcək. 

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Qaynarinfo-ya açıqlamasında yeni müəssisənin tikilməsi barədə məlumatı təsdiqləyib. 

"Bəli Lənkəranda yeni penitensiar müəssisə tikilir. Lakin bu, Bakıdakı cəzaçəkmə müəssisələrinin ora köçürüləcəyi anlamına gəlmir”, deyə o bildirib.

Mehman Sadıqovun sözlərinə görə, yeni müəssisənin tikilməsi bölgələrdən olan məhbusların yaxınlarının onlara baş çəkməsini asanlaşdırmaq məqsədi daşıyır: "Bilirsiniz ki, bölgələrdən də məhbuslar var və həmin məhbusların yaxınlarının onlara baş çəkməsi bir qədər çətindir. Ona görə də bəzi bölgələrdə də penitensiar müəssisələrin tikintisinə zərurət yaranıb. Onu da qeyd edim ki, Lənkəranda tikilən müəssisə müasir standartlara uyğundur”.

Seyid