Xəbər lenti

Lukaşenko koronavirusun müalicə yolunu göstərdi:
Dünya 18:04 16.03.2020

Lukaşenko koronavirusun müalicə yolunu göstərdi: "Traktor!.."

Belarusiya Prezidenti Aleksandr Lukaşenko bir sıra aktual problemləri müzakirə etmək üçün hökumətin toplantısını keçirib. Əsasən koronavirusun dünyada yayılması müzakirə mövzusu olub. Lukaşenko buna görə boş yerə çaxnaşma qaldırıldığına inandığını bildirib. 

Qaynarinfo xəbər verir ki, bu haqda Belarusiyanın CTV kanalının yaydığıl məlumatda deyilib.

Lukaşenko vurğulayıb ki, belaruslar çaxnaşmaya yol verməməlidirlər. Bu, xüsusilə kənddə yaşayanlara aiddir: 

"Televizorda bunu görmək çox xoşdur: insanlar traktorlarla işləyir, heç kim virus barədə danışmır. Orada traktor hamını sağaldır! Sahə hər kəsə şəfa verir!"

Bundan bir qədər əvvəl Lukaşenko Rusiyanın koronavirus səbəbiylə onun ölkəsiylə gediş-gəlişi bağladığından təəssüfləndiyini bildirib. Bütün bunlar ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər. Lukaşenko qəzəblə deyib: "İş o yerə çatdı ki, doğma Rusiya Belarusiya ilə sərhədi bağladığını dedi”. Onun fikrincə, belə bir qərarı hökumət yox, Rusiya prezidenti verməli idi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->