Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarqsyanı Qarabağ nizamlanması üzrə həqiqətləri erməni xalqından gizlətməkdə ittiham edib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı jurnalistlərə bildirib.
N.Paşinyan qeyd edib ki, Ermənistanın bütün keçmiş liderləri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı, lakin bunu vətəndaşlardan gizlədirdilər. O həmçinin vurğulayıb ki, 1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, lakin indi sənədlər tam olaraq dərc edilib və xalq faktları görür.
"Niyə həqiqəti gizlədirdilər? 1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, indi isə sənədlər tam olaraq dərc edilib. Niyə bu sənədlərin ətrafında heç bir səs-küy yoxdur? Çünki artıq hər şey dərc edilib və bütün həqiqət xalqa göstərilib", - Baş nazir bildirib.
Şərhlər