"Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim".
Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın II Bundesliqa klubu ilə müqavilə bağlayan Mahir Emreli klub saytına açıqlamasında deyib.
"Mən son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat yarada bildim və tezliklə meydançaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait yaradılıb. "Nürnberq"də debütümü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb. 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb. Mahir Emreli bundan əvvəl "Bakı", "Qarabağ", "Legia" (Polşa), "Dinamo" (Xorvatiya) və "Konyaspor" (Türkiyə) klublarında çıxış edib.
Aydın
Şərhlər