Fransanın Avinyon şəhərində islamçı şüarlar səsləndirən bir adam bıçaqla polis məmurlarına hücum edib və cavab atəşi ilə öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Fransız mətbuatı yayıb.
Eləcə də bildirilir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir nəfər Fransa konsulluğuna hücum edib və saxlanılıb. İtki olmadığı deyilir.
Bundan əvvəlsə Fransanın Nice şəhərində İslamçı şüarlar səsləndirən başqa bir adam Notr Dam kilsəsinin ibadətçilərinə hücum edərək üç nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb. Hücum edən şəxs özü güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Rəsmi şəxslər baş verənlərin terror hücumu olduğunu bildiriblər.
Alpər
Şərhlər