İdman 19:10 22.01.2022

"Mançester Yunayted"in futbolçusunun evinə oğrular girib

Mançester Yunayted" matçlar zamanı oyunçuların evlərində mühafizəni gücləndirəcək.

Qaynarinfo xəbər verir ki, "Brendford"la matçda "Mançester Yunayted"in futbolçusu Viktor Lindelofun evi hədəfə alınıb. Həmin vaxt futbolçunun həyat yoldaşı və kiçik oğlu da evdə olub. "Mançester Yunayted" də futbolçusunun evində oğurluq hadisəsinin baş verdiyini yaydığı bəyanatla təsdiqləyib.

Hadisə zamanı Lindelofun ailəsi zərər görməyib. Ancaq isveçli futbolçu onlara dəstək olmaq üçün məzuniyyət götürüb və "Vest Hem"lə oyunu buraxacaq. 

Bu hadisədən sonra sonra klub oyunlar zamanı futbolçularının evində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı addımlar atmağa çalışır. Bununla bağlı "Mançester Yunayted"in baş məşqçisi Ralf Raqnik açıqlama verib. O, "Mançester Siti"nin futbolçusu Joao Kanselonun evində baş verən oğurluq hadisəsinin bir neçə həftə sonra Lindelofun da evində təkrarlanmasının ardından təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və klub tərəfindən lazımi addımların atılacağını bildirib. Ranqnik 28 yaşlı futbolçunun hadisədən sonra ailəsi ilə birlikdə qalmaq istəyini dəstəklədiyini də deyib.

Səbuhi Həsənov