Marsda həyat izlərini araşdıran elm adamları mühüm bir kəşfə imza atıblar. ABŞ və Çindən olan tədqiqatçılar Marsın yeraltı məlumatlarını təhlil edərək, planetdə bir zamanlar okeanlar və çimərliklərin mövcud ola biləcəyini müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, bu tapıntılar Marsın keçmişində həyat ehtimalını yenidən gündəmə gətirib.
Tədqiqatın detalları
ABŞ-dakı "Penn State" Universiteti və Çinin "Guangzhou" Universitetindən olan alimlər Çinin Marsda fəaliyyət göstərən "Curong" adlı yer araşdırma aparatının topladığı yeraltı görüntüləmə məlumatlarını analiz ediblər.
Araşdırma zamanı tədqiqatçılar Marsın yeraltı quruluşunu Yer kürəsindəki sahil zonalarından alınan yeraltı məlumatları ilə müqayisə ediblər və oxşarlıqlar aşkar ediblər.
Mütəxəssislərin sözlərinə görə, Marsın yeraltı quruluşu, Yer kürəsində ovalıq və ya okean sahilinə meyilli torpaq qatları ilə eyni bucaq altında yerləşir. Bu isə planetdə keçmişdə çimərliklərin və okeanların mövcud olduğuna dair güclü sübut hesab edilir.
Marsın qədim sahilləri?
Araşdırmaçılar zamanla bu çimərliklərin mövqeyinin dəyişə biləcəyini bildiriblər. Şimali istiqamətə doğru meyilli bəzi strukturların olması, çimərliklərin zaman keçdikcə okeana doğru hərəkət etdiyinə işarə edir.
Mütəxəssislər bildiriblər ki, çimərlik sahəsi "şimala, yəni okean istiqamətinə doğru ən azı 1,3 kilometr uzanır" və bu, bölgədə bir zamanlar qabarma-çəkilmə hadisələri, dalğalar və çöküntü gətirən çayların olduğuna dair ipucu verir.
"The Guardian" qəzetinin məlumatına görə, tədqiqatçılardan Dr. Benjamin Kardenas verdiyi açıqlamada incələnən strukturların nə vulkanik landşaftlara, nə də qum təpələrinə bənzədiyini, əksinə çimərlik və okean izləri daşıdığını bildirib. O, bu tapıntılar səbəbindən Marsda həyat izlərinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
Bu mühüm tədqiqatın nəticələri "The Proceedings of the National Academy of Sciences" adlı elmi jurnalında dərc olunub.
Aydın
Şərhlər