Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Şəkidə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu sentyabrın 20-də, saat 09:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. Nazir Məcnun Məmmədov qeyd olunan tarixdə Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-737-75-05) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Şərhlər