"Biz yeni təhsil naziri Mikayıl Cabbarovla açıq şəkildə müzakirələr aparırıq. İşgüzar münasibətlər qurulub və normal fəaliyyət göstəririk".
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Mikayıl Cabbarovun yeni təhsil naziri vəzifəsinə təyinatından sonra iki qurum arasında olan münaibətlərin hansı formada inkişaf etdiriləcəyi ilə bağlı suala cavab verərkən deyib.
Şərhlər