Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər
naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab
Mnatsakanyan arasında görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter” səhifəsində
bildirib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov
(Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada
keçirilən iclası çərçivəsində baş tutan görüşü zamanı tərəflər münaqişənin həlli
ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında
geniş müzakirələr aparıblar.
Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn
ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
Görüş 3 saat yarımdan çox davam edib.
Mənbə: "Report"
Şərhlər