Xəbər lenti

Mənzil dələduzluğu ilə bağlı növbəti məhkəmənin vaxtı bəlli oldu
Ekonomiks 17:22 31.10.2023

Mənzil dələduzluğu ilə bağlı növbəti məhkəmənin vaxtı bəlli oldu

Mənzil dələduzluğunda təqsirləndirilən "Star-M", "Zamiq", "Hasil" "Xəmsə", "EMZ" və "Şans" MTK şirkətinin rəhbəri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. 

Qaynarinfo xəbər verir ki, növbəti proses noyabrın 2-də keçiriləcək.

Məlumat üçün deyək ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baxılır. 

Məhərrəm Məhərrəmov ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İş materiallarından məlum olur ki, Məhərrəm Məhərrəmov 17 mənzili 36 nəfər satıb. 

O eyni üsulla 7 qeyri-yaşayış sahəsini mənzil qismində 14 nəfər şəxsə satıb. İttihama görə, Məhərrəm Məhərrəmov vətəndaşaların ümumilikdə 3 milyon 166 min manat pulunu mənimsəyib. 

Bundan başqa, məlum olub ki, onun rəhbərlik etdiyi şirkətlərin 17 milyon manata yaxın vergi borcu var. 

Məhərrəm Məhərrəmovun cinayət işi üzrə 74 nəfər zərərçəkən qismində tanınıb. Onların arasında xarici ölkə vətəndaşları da var. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->