XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

DİN: 9 qanunsuz silah aşkarlandı
Ölkə19:39 05.09.2026

DİN: 9 qanunsuz silah aşkarlandı

Azərbaycanda sentyabrın 4-də 2 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng, 4 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qaynarinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmçinin ötən gün ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə və 72 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb.