Argentina millisinin keçmiş futbolçusu Ariel Orteqa soyğuna məruz qalıb.
Qaynar.info-nun məlumatına görə, veteran futbolçu Monumental stadionunun yaxınlığında 4 nəfər tərəfindən hədələnib.
4 nəfər naməlum şəxs tərəfindən saxlanılan Orteqanın pulu və üzərindəki əşyaları əlindən alınıb. Üstəlik, Orteqa onlar tərəfindən girov da götürülüb. Lakin futbolçu 1 saatdan sonra sərbəst buraxılıb.
Qaynar.info
Şərhlər