Xəbər lenti

Məşhur nəşrlərdən ABŞ-a Culian Assancla bağlı çağırış
Dünya 21:32 28.11.2022

Məşhur nəşrlərdən ABŞ-a Culian Assancla bağlı çağırış

Bazar ertəsi, noyabrın 28-də müxtəlif ölkələrdən olan beş böyük nəşr - The New York Times, The Guardian, Le Monde, El Pais və Der Spiegel açıq məktub dərc edərək, ABŞ hakimiyyətini "WikiLeaks”in təsisçisi və baş redaktoru Culian Assanca qarşı ittihamları geri götürməyə çağırıb. Onların fikrincə, bu, söz azadlığının qorunması üçün lazımdır.

Məhz bu nəşrlər 2010-cu ildə ABŞ Dövlət Departamentindən "WikiLeaks”ə daxil olan 250 000-dən çox məxfi teleqramın məlumatlarını dərc edib. Bundan qısa müddət sonra Assanc ABŞ-da casusluqda ittiham olunub. Bu yay Böyük Britaniya Culian Assancın ABŞ-a ekstradisiyasını təsdiqləyib və vəkillər qərardan apelyasiya şikayəti veriblər.
Açıq məktubda beş nəşr bildirir ki, "dərc etmək cinayət deyil”. "Bu ittiham söz azadlığının boğulmasının təhlükəli presedentini yaradır. Hökumətləri hesaba çəkmək demokratiyada azad mətbuatın əsas missiyasının bir hissəsidir. Konfidensial məlumatların əldə edilməsi və zərurət yarandıqda ictimai maraqlar naminə açıqlanması jurnalistlərin gündəlik işinin əsas hissəsidir. Əgər bu cür iş kriminallaşdırılarsa, ictimai müzakirə və demokratiya zəifləyir”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->