İndoneziyanın Boqor şəhərində meymuna balaca qız uşağı maskası geyindirərərək yolda diləndirənlər ortaya çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əlində balaca vedrəsi olan meymun sürücülərə yaxınlaşaraq pul yığır. Sözügedən hadisənin videogörüntüləri qısa zamanda internetdə yayılıb. Üzündə maskası, gözündə günəş eynəyi və başında sarı pariki olan meymunu görən sürücülər ona necə reaksiya verəcəklərini bilməyiblər.
Görüntüləri izləyənlərdən bəziləri bunu gülməli qəbul etsələr də, bəziləri işgəncə olaraq dəyərləndiriblər.
Sözügedən videonu sizlərə təqdim edirik:
Şərhlər