18 yaşlı qızlar 60 yaşlı kişilərlə evlənib.
Dövlət Statsitika Komitəsinin məlumatına görə, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub. Sosiaoloqlar bildirirlər ki, son zamanlarda xanımların özlərindən yaşca çox böyük olan bəylərlə münasibət qurmaq istəyi artır.
Sosiloq Üzeyir Şəfiyev deyir ki, qızları buna vadar edən bir çox hallarda psixoloji problemlər olur. Ailəsində hər hansı çətinlik yaşayan xanım hesab edir ki, özündən çox böyük biri ilə evlənsə, xoşbəxt olacaq.
Sosioloqlar bildirirlər ki, hər kəsin öz yaş kateqoriyasına uyğun biri ilə ailə həyatı qurması daha məqsədəuyğundur.
Üzeyir Şəfiyev əlavə edib ki, kişilər də həyat yoldaşı seçimi zamanı yaş fərqinə diqqət etməlidirlər. Əks halda bu münasibət xoşagəlməz sonluqla bitə bilər.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər