Xəbər lenti

Rusiyanın Ukraynaya qarşı atdığı raket və dronların ABŞ, Avropa tərəfindən ötürüldüyü məlum olub
Dünya09:27 28.06.2025

Rusiyanın Ukraynaya qarşı atdığı raket və dronların ABŞ, Avropa tərəfindən ötürüldüyü məlum olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevdə Ukraynaya qarşı Rusiya tərəfindən istifadə edilən, havada zərərsizləşdirilən yeni dron və raketlərin komponentləri nümayiş etdirilib.
Bu barədə "Report"un Şərqi Avropa bürosu xəbər verir.
Məlumata görə, bu komponentlərin, sanksiyalara baxmayaraq, ABŞ, bəzi qərbi Avropa, İran və Çin şirkətləri tərəfindən Rusiyaya ötürüldüyünün məlum olub.
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən beynəlxalq konfransda bildirib ki, Rusiya raketlərində Fransa, Almaniya, ABŞ-nin sənaye məhsulları qeydə alınıb.